Təyyarə bileti qiymətinə karqo xidməti: ABŞ-yə poçt göndərişləri nə zaman bərpa olunacaq?

"Mən ABŞ-yə kiçik bağlamalar yollayırdım, yalnız dövlət poçt xidməti sərf edirdi. Avqust ayından isə Azərbaycandan göndərişlər dayandırılıb. "Azərpoçt"un 65 manata göndərdiyi bağlamanı özəl karqo şirkətləri az qala təyyarə bileti qiymətinə - 600 manata çatdırırlar".
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu tip şikayətləri sosial şəbəkədə paylaşan vətəndaşlar özəl karqo şirkətlərinin maddi baxımdan sərfəli olmadığını, aylardır dövlət poçt xidmətinin bərpa olunacağı günü gözlədiklərini deyirlər.
Onların iddiasına görə, ABŞ tərəfi yeni poçt tarifləri tətbiq etməyə başladığından ölkəmiz poçt göndərişini üç aydır ki, dayandırıb.
Bu məqamda sual ortaya çıxır: Bəs Azərbaycandan ABŞ-yə poçt göndərişləri bərpa olunacaqmı? Hazırda bununla bağlı hansı işlər görülür?
"Azərpoçt" MMC-dən məsələyə münasibət bildirilib.
"29 avqust 2025-ci il tarixindən Amerika Birləşmiş Ştatlarına daxil olan bütün mal tərkibli poçt göndərişlərinə dəyərindən asılı olmayaraq gömrük rüsumu tətbiq edilir və bu rüsum bağlama göndərən ölkədə əvvəlcədən ödənilməlidir. Lakin rüsumların yeni qaydada hesablanması və ödənilməsi mexanizmi hələlik mövcud olmadığı üçün "Azərpoçt" MMC-dən asılı olmayan səbəblərə görə poçt göndərişlərinin daşınması hələ ki mümkün deyil. Sözügedən mexanizmin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Gömrük Bəyannamə Sistemi (CDS) üzərindən tətbiqi istiqamətində müvafiq işlər aparılır", - açıqlamada deyilir.
Qurumdan, həmçinin bildirilib ki, sözügedən məsələ ilə əlaqədar yenilik olduğu təqdirdə "Azərpoçt" MMC tərəfindən ictimaiyyətə məlumat veriləcək.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












