Təyyarədə ayaqyolu növbələrinə qəribə çarə - KAMERA

"Airbus" aviatikinti şirkəti təyyarələrin tualetləri qarşısında yaranan növbələrə qarşı yeni mübarizə üsulu tapıb. Avtosfer.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə CNN yazır. Şirkət ayaqyoluların yanında videonəzarət kameraları quraşdırmağı təklif edib.
Kameralardan görüntülər ekipaj üzvlərinə ötürüləcək və əgər ayaqyoluların qarşısında növbələr artarsa, o zaman stüardessalar adamları başqa ayaqyolulara yönləndirəcəklər.
Bundan başqa, bu üsul stüardessalara hansısa sərnişinin ayaqoluda lazım olduğundan çox vaxt keçirdiyi barədə məlumat almağa imkan yaradacaq.
"Airbus"ın marketinq üzrə vitse-prezidenti İnqo Vuggettserin sözlərinə görə, məlumat kameraların yaddaşında uzun müddət qalmayacaq. Bununla əlaqədar olaraq, yenilik sərnişinlərin məxfiliyinə heç bir xələl gətirməyəcək, sadəcə, onların ayaqyoluya daha tez girə bilmələrinə şərait yaradacaq.
2018-ci ilin iyununda təyyarələr üçün avadanlıq istehsal edən "Zodiac Aerospace" şirkəti problemin həlli üçün başqa variant təklif etmişdi: bu, "Durinal" adlı ikiqat pissuar idi. Konsepsiyaya görə, iki pissuar bir kabinədə elə yerləşdirilməli idi ki, iki kişi eyni zamanda ayaqyoluna girə bilsin. Dizaynerlərin fikrincə, bu, gözləmə vaxtını xeyli qısaldacaqdı.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










