Təyyarədə xuliqanlıq edən azərbaycanlıya 2 il iş verildi

Rusiyanın Orenburq vilayət məhkəməsi 11 martda Orenburqdan Moskanın “Şeremetyevo” hava limanına uçan təyyarədə xuliqanlıq edən Azərbaycan vətəndaşına hökm oxuyub.
Həmin şəxs 2 il bir ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmünə əsasən, o, cəzasını ümumi rejim islah əmək koloniyasında çəkəcək.
O, xuliqanlıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, həmçinin hakimiyyət nümayəndəsini ictimaiyyətdə təhqir etməkdə təqsirli bilinib (Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi və 319-cu maddə).
Məhkəmə və istintaq müəyyən edib ki, azərbaycanlı uçuşdan əvvəl-təyyarə havaya qalxmağa başlayarkən kabin heyətinə və digər sərnişinlərə qarşı aqressiv davranmağa başlayıb. Təyyarə komandiri uçuşu dayandırıb, təyyarəni dayanacağa qaytarıb və onu polisə təhvil verib. Bu zaman sərnişin polisə müqavimət göstərərək qışqırıb.
İstintaq çərçivəsində ən az 40 şahid dindirilib. Hadisə yerində yoxlamalar aparılıb, onun günahını sübut edən lazımi sənədlər və videolar ələ keçirilib.
Mütəxəssislər Azərbaycan vətəndaşının bu işdə günahkar olduğunu bəyan ediblər.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












