Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

Ermənistan tamamilə yeni iqtisadi inkişaf mərhələsinə daxil olur, bu, Ermənistanla Azərbaycan arasında formalaşmış sülh prosesi nəticəsində mümkün olur.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, yaxın zamanda “Tramp Marşrutu” və ya TRIPP layihəsinin işə salınması ilə əlaqədar böyük hadisələr gözlənilir, bu layihə Ermənistanı faktiki olaraq blokada vəziyyətindən çıxarır.
“Bu gün də Ermənistan blokadanı müəyyən dərəcədə aradan qaldırıb, çünki bildiyiniz kimi, Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yükdaşımaları həyata keçirmək mümkündür və davam edir. Onu da deyim: siyasi razılaşma var, ixracın da dəmir yolu ilə həyata keçirilməsi mümkündür, əlbəttə, Gürcüstan ərazisi vasitəsilə – biz Azərbaycanla TRIPP layihəsi çərçivəsində dəmir yolunu açana qədər. Bu isə çox vacibdir.
Siyasi razılaşma ondan ibarətdir ki, həmin dəmir yolu heç vaxt bağlanmayacaq, yəni bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrut olacaq. Amma mənim başa düşdüyümə görə, biz hələ ixrac üçün dəmir yolundan geniş istifadə etmirik. Çünki 30 il ərzində formalaşmış logistika zəncirləri mövcuddur, onların dəyişməsi üçün əvvəlcə etimad lazımdır. İnsanlar deyilənlərin nə dərəcədə davamlı və etibarlı olduğunu anlamalıdırlar. İkincisi, logistika zəncirləri dəyişməlidir, çünki yük maşını ilə düşünmək ayrı şeydir, vaqonla düşünmək isə tamam başqa”, – Paşinyan vurğulayıb.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












