Tibb mərkəzinin sahibi azərbaycanlı həyat yoldaşını tapança ilə vurdu - VİDEO

İstanbulda özəl tibb mərkəzinin sahib onunla birgə işləyən azərbaycanlı həyat yoldaşını tapança ilə vurub. Avtosfer.az xəbər verir ki, insident noyabrın 7-də gecə saat 01.00 radələrində Avçılar rayonunun Yaşılkənd məhəlləsində qeydə alınıb.
Əldə edilən məlumata görə, özəl tibb mərkəzinin sahibi Cəlal T., eyni mərkəzdə həkim işləyən və 3 yaşındakı uşağının anası olduğu öyrənilən Azərbaycan vətəndaşı olan A.A. ilə naməlum səbəblərdən mübahisə ediblər. Bundan sonra Cəlal T., üzərində gəzdirdiyi tapança ilə A.A.-ya atəş açıb. Nəticədə A.A. aldığı güllə yarasından ağır yaralanıb, Cəlal T. isə qaçmağa cəhd edib.
Lakin onu, silah səsini eşidib tibb mərkəzinin qarşısına gələn asayiş keşikçiləri yaxalayıb.
Yaralı həkim Bakırköy Sədi Qonur Dövlət Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











