Ticarət mərkəzi yaxınlığında atışma: polis 4 yaralı aşkarladı

ABŞ-ın Texas ştatında ticarət mərkəzinin yaxınlığında baş verən atışma nəticəsində 4 nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, insident San-Antonio şəhərində qeydə alınıb. Bu barədə məlumat yerli polisin “Twitter” səhifəsində yayımlanıb.
Məlumata görə, ötən gün axşam polisə “South Park Mall” ticarət mərkəzinin yaxınlığında atışma ilə bağlı xəbər daxil olub. Deyilən ünvana gedən asayiş keşikçiləri, hadisə yerində odlu silahdan açılan atəş nəticəsində yaralanan 4 nəfəri aşkarlayıb.
Şahidlər, atışma törədən şəxslərin 3 nəfər olduğunu bildirib. Şübhəlilər cinayət yerindən avtomobillə qaçaraq gizləniblər.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır olduğu deyilir.
Hazırda şübhəlilərin axtarışlarına başlanılıb, təhqiqatlar aparılır.
Namiq Musayev
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











