Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq

“Formula 1” yarışı, şəhərdə aparılan təmir işləri və metroda həyata keçirilən yenilənmə işləri səbəbindən Bakıda nəqliyyatın hərəkətində müəyyən çətinliklərin yaranacağı gözlənilir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, bu səbəbdən tələbələrin özlərindən asılı olmayan hallarda dərslərə gecikməsi ADNSU tərəfindən nəzərə alınacaq.
Avtosfer.az bildirir ki, “Bakupost” xəbəri dəqiqləşdirmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqə saxlayıb.
Universitetdən saytımıza bildirilib ki, “Adnsu.telebeleri” adlı instaqram səhifəsi ADNSU-nun rəsmi hesabı deyil. Bununla yanaşı, ADNSU-dan qeyd olunub ki, qarşıdakı günlərdə nəqliyyat sıxlığı səbəbindən dərslərə gecikən tələbələrin bu halı nəzərə alınacaq:
“ “Formula 1” yarışı başlayacaq. Digər tərəfdən, metronun “Nizami”dən “28 May”a qədər olan hissəsində təmir prosesi gedir. Ümumilikdə bütün bu amilləri nəzərə alaraq nəqliyyat sıxlığı səbəbindən tələbələrin dərslərə gecikməsi kimi hallar nəzərə alınacaq. Bu, qısa müddətlikdir”.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












