Tıxacda bu hərəkət böyük qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ

Bakıda nəqliyyat sıxlığı zamanı bəzi sürücülərin tıxacdan yayınmaq üçün əks istiqamətə çıxması və növbəni pozması təhlükəli hallara səbəb olur. Belə manevrlər həm qarşıdan gələn nəqliyyatla toqquşma riskini artırır, həm də nəqliyyat axınının daha da ləngiməsinə gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, xüsusilə pik saatlarda sürücülərin bu cür qayda pozuntularına yol verməsi yollarda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bəs tıxac zamanı əks istiqamətə çıxmaq və növbəni pozmaq hansı təhlükəli vəziyyətlərə səbəb ola bilər?
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, tıxaclar labüddür:
.jpeg)
"Hələ ki, tıxacların azaldılması yollarını tapa bilmirik. Sürücülər bununla barışmalıdırlar. Sürücülərin əsas səhvlərindən biri də tıxac vaxtı kəskin zolaq dəyişmələri və hərdən qarşı zolağa çıxmalarıdır. Qarşı zolağa çıxmaq qətiyyən olmaz, çünki bu, böyük qəzalarla nəticələnə bilər. Amma bir şey də var ki, sürücülər zolaqları sağdan-sola, soldan-sağa dəyişərək daha tez getmək istəyirlər. Amma sürücülər bir şeyi başa düşməlidirlər ki, tıxac vaxtı qabağa düşmək, mənzil başına tez çatmaq mümkün deyil. 2-3 saniyə sağ zolaq tez gedir, sonra o dayanır, sonra orta zolaq bir az tez gedir, daha sonra sol zolaq hərəkət edir. Üç zolaqlı yollarda, misal üçün, belə olur”.
Aqil Rəhimov qeyd edib ki, sürücülər bir az o biri zolaqda hərəkətin daha tez getdiyini gördükdə həmin zolağa keçirlər, sonra geri qayıdırlar:
“Sürücülər bir şeyi başa düşməlidirlər ki, tıxac vaxtı qabağa düşmək, mənzil başına tez çatmaq mümkün deyil. Bütün avtomobillər orta hesabla mənzil başına eyni vaxtda çatacaqlar. Ancaq belə hərəkətlər, instinktiv manevrlər, zolaqları tez-tez dəyişmək qəzalara gətirib çıxarır. Çünki bunu edərkən sürücülər ehtiyatlı olmur, qəflətən və sürətlə keçmək istəyirlər. Bu zaman güzgüyə baxmağı yaddan çıxarırlar, dönmə işıqlarını yandırmırlar. Bu da böyük təhlükələrə səbəb olur. Sürücülərə bir daha məsləhət görürəm ki, təmkinli olsunlar, tıxac vaxtı zolağı dəyişməsinlər, çalışsınlar öz zolaqları ilə getsinlər və səbirli olsunlar”.
Fatimə
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB












