Tıxacda qalan hər sürücü dövlətə ildə min dollar ziyan vurur

Şəhər sakinləri ildə orta hesabla 54 saatlarını tıxacda sərf edirlər ki, bu da iqtisadiyyata ildə 179 milyard dollar ziyan vurur.
CNBC-nin məlumatına görə, Texas Nəqliyyat İnstitutu ABŞ iqtisadiyyatının tıxacdan illik itkisini hesablayarkən bu qənaətə gəlib.
Yeni araşdırmaya görə, tıxacdan yaranan maddi itkilər adambaşına ildə 1080 dollar (1.836 AZN) təşkil edir. Bundan əlavə, tıxaclar zamanı demək olar ki, 12,5 milyard litr yanacaq boş yerə sərf olunur.
Alimlər belə bir qənaətə gəliblər ki, qeyd olunan itkilərin çoxu fantom - obyektiv səbəb olmadan meydana gələn tıxac səbəbindən yaranır.
Fantom tıxaclar ümumilikdə ciddi ləngimələrə səbəb olmasa da, qəza riskini artırır, çünki sürücülər maşını qəfil saxlayırlar. Bundan əlavə, sıçrayış hərəkəti avtomobili zədələyir və yanacaq sərfiyyatını artırır.
Yeri gəlmişkən paytaxt Bakımızda da tıxacda qalma səbəbindən vaxt itkisinə məruz qalmayan insan yəqin ki, çox az tapılar. Şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər isə təkcə vaxt yox, həm də yanacaq sərfiyyatına görə maddi ziyana düşürlər.
Ekspertlərin fikrincə tıxacın sürücülərin cibinə vurduğu ziyanı hesablayan zaman təkcə yanacaq xərcini düşünmək doğru deyil. Praktik olaraq, əməkqabiliyyətli və işləyən insanlar tıxacda xeyli vaxt itirirlər. Vaxtın itirilməsi baxımından da tıxacda qalan sürücülər əlavə maddi ziyana məruz qalırlar. Əksər paytaxt sakinləri – xüsusən də sürücülər qət etdikləri məsafədən asılı olaraq, orta hesabla hər gün 1 saatdan çox tıxacda vaxt itirirlər. Bu isə hər bir işləyən vətəndaş üçün ay ərzində 100 manatdan artıq pul itirilməsinə gətirir. Bəzi hallarda məbləğ məsafədən və tıxacın müddətindən asılı olaraq arta bilir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












