"Topaz"dan yaranan texniki problemlə bağlı MÜRACİƏT

Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti "Topaz" yaranan texniki problemlə bağlı müraciət edib.
Avtosfer.az xəbər verir ki, "Topaz" istifadəçilərinin əlindəki biletler Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığından istənilən bilet üzrə uduş təminatı şirkətin fərdi iradəsindən asılı deyil. Bu səbəbdən mərc oyunları qaydalarına əsasən, haqlı uduş sayılan bütün uduşlar mütləq ödənilməlidir və ödəniləcək.
Yaranan texniki problemlərə görə biletlərin avtomatik dəyərləndirilməsi dayandırılıb, lakin "Topaz" əməkdaşları həftəsonu olmasına baxmayaraq fövqəladə rejimdə işləyir və hər bir bileti fərdi qaydada dəyərləndirərək uduşun haqlı şəkildə olduğu halda verilməsinə təminat verir. Şirkət oyunçulara bütün uduşların ödəniləcəyindən əmin olmalarını bildirir.
"Topaz" yaranan narahatçılığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
Həmçinin, qeyd edək ki, "Caspiantech" QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan "TOPAZ" 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. "TOPAZ" markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq, müxtəlif idman federasiyalarının xüsusi dəstəkçisidir. Bundan başqa, "Caspiantech" QSC hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










