Tovuzda 18 yaşlı qız oğurlandı

Tovuzda 18 yaşlı qız evlənmək məqsədilə oğurlanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində baş verib. Rayonun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu qabaqcadan əlbir olaraq rayonun Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Ziyad qızını evinin yaxınlığından zorla maşına mindirərək evlənmək məqsədilə Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar.
Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovanın yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən adam oğurluğu) maddəsilə cinayət işi başlanıb, T.Zeynalov, P.Musayev və M.Qasımov şübhəli şəxs qismində saxlanılıb.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












