Tovuzda 22 yaşlı gəncin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 27-də rayonun Əlimərdanlı kəndində baş verib.
Belə ki, Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü Rauf Muradov atasına məxsus “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin, rayon sakini, 1997-ci il təvəllüdlü Əhliman Aliyev hadisə yerində ölüb. Sürücü R.Muradov isə sağ bud sümüyünün yerdəyişməli sınığı xəsarəti alıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmam, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











