Tovuzda ölümə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Ənsərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nural Əliyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin mart ayında Tovuz rayonunda baş verib. H.Əliyev prospektində Bakı şəhər sakini Namiq Ənsərovun idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi əvvəl yol kənarındakı hasara çırpılıb, daha sonra isə aşıb.
Nəticədə sürücü və 2 sərnişin - Sumqayıt şəhər sakini, 26 yaşlı Mehdi Tağıyev, Şəki şəhər sakini, 26 yaşlı Növzət Mikayılov ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ağdaş rayon sakini Qiyas Ədilov isə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
N.Ənsərova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











