Toy kortejində "Range Rover"in lyukundan çıxıb atəş açdı - Polis hərəkətə keçdi

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında toy kortejində olan azərbaycanlı "Range Rover" markalı avtomobildən travmatik silahla havaya atəş açıb. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, hadisə avqustun 11-də Kolpinsky şossesində, Puşkin rayonu istiqamətində baş verib. Bu barədə hadisə şahidləri yerli polis şöbəsinə məlumat veriblər. Onların sözlərinə görə, qafqaz əsilli bir nəfər avtomobilin lyukundan çıxaraq tapançadan havaya bir neçə dəfə atəş açıb. Əməliyyat nəticəsində həmin şəxs saxlanılıb, onun 34 yaşlı azərbaycanlı olduğu bildirilir. Saxlanılan şəxsdən icazə kağızı olan "Grand Power" markalı tapança götürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı avqustun 13-də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci bəndinə (xuliqanlıq) uyğun olaraq cinayət işi açılıb. Şübhəli şəxs başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT











