Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ

Gündəm 29 Sentyabr 2026 19:30
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
WhatsApp kanalımıza abunə olun

Son günlər həm Azərbaycanda, həm də dünyada əsas gündəm mövzusu məhz BMT-nin Baş Assambleyasında yaşananlar oldu. İstər Pezeşkiyanın ABŞ-nin bombardımanı nəticəsində öldürülən İranlı məktəblinin şəkli ilə çıxışı, istər Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı dedikləri, istərsə də Azərbaycanın BMT-dəki nümayəndələrindən birinin Netanyahunun çıxışı zamanı zalda olması və bəzi dövlətlərin nümayəndələrinin Fələstinə dəstək məqsədilə zalı tərk etməsi mövzuları gündəmdən çıxmadı.

Avtosfer.az xəbər verir ki, hər kəsin gözündən yayınan məsələlərdən biri məhz ABŞ-nin bu Assambleya iclasında nələr əldə etməsi oldu. Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı öz sosial media hesabında paylaşım edib. O bildirib ki, ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında iştirak məqsədilə Nyu-Yorkda keçirdiyi günlər səmərəli oldu. O həm Baş Assambelyada çıxış etdi, həm də Nyu-Yorkda müxtəlif liderlərlə ikitərəfli görüşlər keçirdi, Körfəz ölkələrinin başçılarıyla ayrıca toplantı təşkil etdi, o cümlədən Danimarka və Qrenlandiya rəhbərləri ilə Arktika təhlükəsizliyi üzrə üçtərəfli saziş imzaladı.

“Sonuncu Tramp üçün daha əhəmiyyətli idi. Müqavilə Danimarka və Qrenlandiya parlamentlərində ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

ABŞ Qrenlandiyanın cənubundakı Narsarsuaqda Soyuq müharibə dövrünə aid keçmiş “Bluie West One” hərbi bazasını yenidən açacaq. Bu hərbi baza 1950-ci illərdə bağlamışdı. ABŞ razılaşma çərçivəsində Qrenlandiyada hərbi mövcudluğunu daha iki məntəqəyə genişləndirə biləcək. Hazırda ABŞ Qrenlandiyada kosmik bazadan itifadə edir və orada 150 amerikalı hərbçi xidmət edir. Vaşinqtonda hesab edirlər ki, bu azdır.

Razılaşmaya əsasən, ABŞ-nin yazılı razılığı olmadan NATO üzvü olmayan dövlətlərin adada hərbi bazalar qurması, qoşun yerləşdirməsi, həmçinin, strateji sektorlara investisiya yatırmasına icazə verilmir. Digər tərəfdən ABŞ Danimarka və Qrenlandiyanı məlumatlandırmadan adada əlavə hərbi obyektlər inşa etmək, hərbi mövcudluğunu genişləndirmək hüququna malikdir.

Donald Tramp əvvəlki açıqlamalarında Qrenlandiyanın ABŞ-a verilməsi vacibliyini bildirirdi. Bu açıqlamalar Qrenlandiyanın məxsis olduğu Danimarkada sərt qarşılanmış, Kopenhagenlə Vaşinqton arasında münasibətlər gərginləşmişdi. Bu qarşıdurma NATO daxilində də gərginlik yaratmışdı. Vəziyyət o həddə çatmışdı ki, NATO-nun 8 ölkəsi Daminarka ilə həmrəylik məqsədilə adaya hərbi heyət göndərmişdi. Tramp buna cavab olaraq həmin ölkələrə qarşı tariflərin artrılacağını bəyan etdi. Əldə edilən razılaşma gərginliyi ortadan qaldırdı.

Tramp Danimarkadan “Qrenlandiyanı Amerikaya təhvil ver” tələb etməklə əslində planlaşdırdığını əldə edib. ABŞ Qrenlandiyadakı hərbi bazalar vasitəsilə faktiki adada əsas söz sahibi olacaq. Təsadüfi deyil ki, dövət katibi Marko Rubio arzılaşmadan sonra verdiyi açıqlamada, Qrenlandiyanın Şimali Amerika strateji müdafiə zonasının bir hissəsinə çevrildiyini bildirib. ABŞ Qrenlandiyada varlığını gücləndirməklə adanın zəngin strateji təbii sərvətlərinə də malik olacaq.

Vaşinqtonun məqsədlərindən biri də Rusiya və Çinin Arktika bölgəsində mövqelərinin güclənməsinin qarşısını almaqdır. Qrenlandiya Arktikanın mərkəzindən keçən Transpolyar Dəniz Yolunun üzərində yerləşir. Bu marşrut ABŞ üçün həm də ona görə əhəmiyyətlidir ki, yol Şimal Buzlu Okenanın açıq sularından keçir və bu, Rusiya və Kanadanın sahil nəzarətindən yayınmaq imkanı yaradır. Arktikada buzların əriməsi nəticəsində gəmilərin hərəkəti artıb. Rusiya və Çin son illərdə Arktikada fəallıqlarını artırıblar. Bu iki ölkə həm Arktikanın təbii sərvətlərindən faydalanmağa çalışır, həm də bu bölgədə hərbi bazalar formalaşdırmağa başlayıblar. ABŞ Qrenlandiyada hərbi bazalarının sayını və imkanlarını artırmaqla Rusiya və Çinin bu bölgədəki fəaliyyətini nəzarətdə saxlamaq imkanı qazanacaq.

Venesuellanın ram edilməsindən sonra Qrenlandiya ilə əldə edilən razılaşma Donald Trampın xarici siyasətdə ikinci uğuru sayıla bilər. Buna baxmayaraq, Tramp Rusiya – Ukrayna müharibəsini dayandıra bilməyib və İranla qarşıdurma davam edir”.

Səfər

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh