Tramp İranla sazişin imzalanacağı vaxtı açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın yaxın iki-üç saat ərzində imzalana biləcəyinə ümid etdiyini bildirib.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Fox News"un müxbiri Treyt İqnst "X" sosial şəbəkəsində paylaşım edib.
Jurnalist qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə söhbəti zamanı İranla mümkün sazişin imzalanma vaxtı barədə məlumat alıb.
“Prezident Trampla danışdım. O dedi ki, İranla razılaşmanın yaxın iki-üç saat ərzində imzalanacağı gözlənilir”, - deyə İqnst yazıb.
Məlumata görə, Vaşinqton və Tehran arasında aparılan danışıqlar yekun mərhələyə yaxınlaşıb.
Qeyd edək ki, daha əvvəl Tramp İranla sazişin imzalanmasının yaxın olduğunu bildirmiş, ABŞ rəsmiləri isə razılaşmanın əldə olunacağı təqdirdə Tehranın dərhal neft ixracına başlaya biləcəyini açıqlamışdılar.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












