“Tramp marşrutu” regional nəqliyyat və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır - Gürcü ekspert

Zəngəzur dəhlizi təşəbbüsü, yaxud Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) regional nəqliyyat və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır. İran isə Azərbaycan və Gürcüstan da daxil olmaqla, qonşuları ilə logistika və enerji sahəsində əməkdaşlıq perspektivlərini fəal şəkildə nəzərdən keçirir ki, bu da nəqliyyat dəhlizlərinin və infrastruktur layihələrinin inkişafına töhfə verə bilər. Avtosfer.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində gürcü diplomatı, beynəlxalq münasibətlər və regional təhlükəsizlik üzrə ekspert, Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin (ECİPE) baş elmi işçisi Tengiz Pxaladze deyib.
O, avqustun 8-də keçirilən Vaşinqton görüşünün nəticələrini İranın logistika və enerji layihələrinin genişləndirilməsi kontekstində şərh edib.
“Geosiyasi dinamikanı nəzərə alsaq, Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə əməkdaşlıq üçün yeni şərait yaradır. Əldə olunan razılaşma ABŞ və Avropa da daxil olmaqla, beynəlxalq tərəfdaşların daha fəal iştirakına yol açır ki, bu da regionda diplomatik mövcudluğu və praktik əməkdaşlığı gücləndirir. Nəticədə Cənubi Qafqazda iqtisadi artım, investisiyalar və dayanıqlı infrastrukturun inkişafı üçün yeni imkanlar yaranır”, – deyə ekspert vurğulayıb.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












