Turizm əhəmiyyətli Quba–Qonaqkənd avtomobil yolunun tikintisi yekunlaşır - FOTO

Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin son mərhələsi həyata keçirilir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəsində aparılır. Yolun bu hissəsinin asfaltlanması yaxın günlərdə başa çatdırılacaq. 46 kilometrlik yolun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən 40 kilometrinə artıq birinci qat asfalt döşənib. Vəlvələçay çayı üzərində qurulan 3 körpüdən ikisinin inşası da başa çatıb. Çayqovuşan adlanan ərazidə tikilən sonuncu körpüdə isə işlər tamamlanmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunub, giriş-çıxış hissələri təmizlənib, lazımi yerlərdə yeni su boruları tikilib. Quba–Qonaqkənd avtomobil yolunun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA














