"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb

Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkəti 29 il bundan əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb.
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən sayca 5-ci “HR Summit Baku 2019” beynəlxalq tədbirində THY-nin Baş direktorunun insan resursları üzrə müşaviri Abdulkərim Çay məlumat verib.
“Report”un araşdırması nəticəsində məlum olub ki, həmin şəxs 1990-cı il sentyabrın 9-da THY-nin İzmir-Frankfurt reysini yerinə yetirən “Boeing 727” markalı sərnişin təyyarəsində dünyaya gəlmiş Erkan Geldidir. Uşağa həmin təyyarənin kapitanı Erkan Süzerin adı verilib.
Türkiyə mediasına açıqlama verən E.Gəldi bildirib ki, bilet almaq üçün THY-nin internet səhifəsinə daxil olub, orada iş elanı görərək şirkətə müraciət edib və hazırda təyyarələrdən birinin heyət üzvlərindən biridir. O, ötən il THY-nin 85 illiyi ilə bağlı çəkilmiş çarxda da yer alıb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











