Türk yazar “Kubinka”da heyrətə gəldi: S-400 nələrə qadirdir?

Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemi ilə silah poliqonunda tanış olduq. İkinci adı "Triumf", yəni "Möhtəşəm Zəfər" olan S-400-lər ABŞ istehsalı "Patriot"lara nəzərən daha dar sahədə - 10 metr eni olan bir məkanda belə yerləşdirilə bilir.
Avtosfer.Az axar.az-a istinadən xəbər verir ki xəbər verir ki, bu, Rusiyaya səfər etmiş "Hürriyət" yazarı Nerdun Hacıoğlu reportajında əksini tapıb.
Hacıoğlu Moskva yaxınlığındakı "Kubinka" poliqonunda müşahidə etdiyi S-400 zenit raket komplekslərinin imkanlarından yazıb:
"Sistemə NATO tərəfindən verilən kod adı "SA-21 Grovler"dir. 28 aprel 2007-ci il tarixində Rusiya tərəfindən öz müdafiəsini təşkil etmək məqsədilə istifadəsinə başlanılan S-400-lərdən hazırda 432 ədədi istismardadır. Sistemin təqdimatını keçirən "Almaz-Antey" hərbi sənaye ekspertlərinə görə S-400-lər ABŞ-ın "Patriot" sistemindən çox üstün bir texnikadır. Müdafiə sisteminin əsas üstünlükləri istifadəsində olan 600 kilometrlik radar, yüksək sürətli raket və şaquli atəş bacarığıdır. Bu mənada S-400-ün buraxılış qurğusu 10 metr genişlikdə bir küçəyə belə quraşdırıla bilər. Start motoru əvvəlcə raketi yuvasından 50 metr yüksəkliyə itələdikdən sonra əsas raket işə düşərək hədəfə yönəlir. ABŞ-ın "Patriot" sistemi raketləri isə 45 dərəcəli bucaqdan yalnız öz raket motorunu istifadə edərək buraxılır. Buna görə də atış həyata keçirmək üçün qarşısında ən azı futbol meydançası uzunluğunda boş sahə olmalıdır".
Jurnalist, həmçinin S-400-lərin hansı texnikalara və sistemlərə qarşı istifadə ediləcəyi barədə də məlumatları paylaşıb:
"Rus mütəxəssislər S-400 sistemlərinin NATO və ABŞ-a aid təyyarələrə qarşı effektiv olduğunu söyləyir. Sözügedən hədəflər bunlardır: B-1B, FB-11, B52 strateji bombardman təyyarələri, EF-111A, EA-6 elektron döyüş təyyarələri, TR-1 casus təyyarəsi, E-3A, E2C AVACS təyyarələri, F-15, F-16, F-18 taktiki döyüş təyyarələri, B-2, F-35 və F-22 təyyarələri, "Tomahavk" tipli raketlər və orta mənzilli ballistik raketlər.
S-400 uzun mənzilli zenit raket kompleksi batereyası ən azı 3 mobil vasitədən ibarətdir. Birincisində idarəetmə məntəqəsi, ikincidə radar, üçüncüdə isə raketlərin buraxılış qurğusu yerləşdirilib. S-400-lərin mənzilini buraxılan raketin növü müəyyən edir. Ən geniş mənzil "48N6E2", ən qısa isə "9M96E" raketləri ilə təmin edilir".
Sürət göstəriciləri
"S-400 sistemində istifadə olunan ən güclü raket təxminən saatda 17 min kilometr sürətə çata bilir. Bu, sərnişin təyyarəsinin sürətinin 22 qatına bərabərdir. S-400-lər aerodinamik təyyarələri və idarə olunan raketlər kimi düşmən hədəflərini 400 kilometr mənzildə təqib edərək 250 kilometr məsafədə məhvetmə imkanlarına sahibdir. Səsdən 5-8 dəfə artıq sürətlə hərəkət edən ballistik raketləri məhv etmək potensialı isə 60 kilometrdir. Havada vura biləcəyi hədəflərin yüksəklik həddi 27 min metrdir.
Sistemin radarı eyni anda 300 hədəfi təqib etmək xüsusiyyətinə malikdir. Batereyalardakı raketlərin sayına görə 36 hədəfə eyni anda atəş aça bilir. Tamamilə mobil olan sistem atəş vəziyyətinə 5 dəqiqə kimi qısa vaxtda gətirilir".
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ










