Banner

Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA

Gündəm 27 Oktyabr 2026 13:48
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə əsasən, bir sıra məhsulların idxalı zamanı gömrük rüsumlarına güzəştlər tətbiq olunur. Lakin bu güzəştlərə baxmayaraq, Türkiyədən gətirilən məhsulların qiymətinin artması istehlakçılar üçün suallar yaradır.

Avtosfer.az xəbər verir ki, saziş çərçivəsində tətbiq edilən güzəştlərin məhsulların pərakəndə satış qiymətlərinə təsiri, idxal xərclərinin qiymətlərdəki payı və bahalaşmaya səbəb olan digər amillər müzakirə mövzusudur. Bəs gömrük güzəştləri qiymətlərin aşağı düşməsinə niyə gözlənilən səviyyədə təsir göstərmir?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, bu güzəştlərin qiymətlərə təsiri birdəfəlikdir və bütün məhsulları əhatə etmir:


''Söhbət yalnız seçilmiş 30 növ məhsuldan gedir. İlk növbədə aydınlaşdırmaq lazımdır ki, vətəndaşların aldığı məhsullar həmin siyahıya daxildirmi. Məsələn, geyim məhsulları bu siyahıda yoxdur, əsasən müəyyən sənaye və digər məhsullar əhatə olunur. Digər tərəfdən, güzəştlərin təsiri tətbiq olunduğu zaman hiss edilir. Məsələn, 2024-cü ildə müəyyən məhsullara güzəşt tətbiq edilibsə, onun qiymətə təsiri həmin dövrdə özünü göstərə bilər. Sonrakı qiymət dəyişiklikləri isə təkcə gömrük rüsumlarından asılı deyil. Daşınma xərclərinin artması, Türkiyədə inflyasiya, enerji qiymətlərinin yüksəlməsi, minimum əməkhaqqının və digər istehsal xərclərinin artması da məhsulların bahalaşmasına səbəb olur. Əsas amillərdən biri də Türkiyədəki inflyasiyadır ki, onun da müxtəlif səbəbləri var''.

Fatimə

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh