Türkiyədən Rusiyanın "Su-35" təklifinə cavab: ala bilərik

Türkiyə "F-35" layihəsi çərçivəsində 1,4 milyard dollar ödəyib. Avtosfer.az sputnik-ə istinadən Azərbaycan "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mevlut Çavuşoğlu ölkəsinin sözügedən layihədən çıxarılmasını şərh edərkən bəyan edib.
Xatırladaq ki, keçən həftə rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükü ilə bağlı Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. "Layihənin digər iştirakçıları ABŞ-ın "F-35" qərarına qarşı çıxırlar", - Çavuşoğlu əlavə edib. Türkiyə Xarici işlər naziri bəyanatında onu da bildirib ki, "S-400" Amerika istehsalı olan "Patriot" kompleksləri ilə müqayisədə "daha yaxşı və qabaqcıl sistemdir".
Xarici işlər naziri, həmçinin ölkəsinin Rusiya istehsalı olan "Su-35" döyüş təyyarələrini ala biləcəyini istisna etməyib: "... Türkiyə (lazım olan texnikanı – red.) özü istehsal edənədək ehtiyaclarını başqa mənbələrdən ödəyəcək və bu da onun ən təbii haqqıdır".
İyulun 18-də Rusiyanın "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov "Su-35" döyüş təyyarələrinin Türkiyəyə tədarükünə dair müqavilə imzalana biləcəyini deyib: "Türkiyəli həmkarlarımız istəsələr, biz "Su-35" döyüş təyyarələrinin tədarükü üzərində işləməyə hazırıq".
"Suxoy Su-35" (NATO adı: Flanker-E) çoxyönümlü döyüş təyyarəsi "Su-27" təyyarəsinin təkmilləşdirilmiş törəmə versiyasıdır.
Xatırladaq ki, ötən həftə "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükü başlayıb.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











