Türkiyənin zirehli texnikaları Suriya ilə sərhəddə görünüb - VİDEO

Türkiyə Suriya ilə sərhədə zirehli texnika yeridib.
Avtosfer.az">Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Türkiyə qoşunlarının hərəkətini əks etdirən videogörüntüləri "Anadolu" və digər agentliklər, RT kanalı yayıb.
Videogörüntülərdən birində M60 tankları və M113 zirehli transportyorları əks olunub. Başqa videoçarxlarda hərbi kolonun Suriya ilə bir neçə yüz metr sərhəddəki Şanlıurfa əyalətinin Akçakala şəhərindən çıxışı əks olunub.
Kadrlarda müxtəlif tipli zirehli avtomobillər, hərbi yük maşınları, həmçinin artilleriya qurğuları görünür. "Anadolu"nun məlumatına görə, kolon təxminən 130 avtomobildən ibarətdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəllərində bildirib ki, yaxın günlərdə Suriyanın şimalında, Fərat çayı sahilində əməliyyat başlayacaq. O, əlavə edib ki, əməliyyatda məqsəd Türkiyənin Suriya ilə sərhədlərini PKK terrorçularından təmizləməkdən, təhlükəsizlik zonası yaratmaqdan ibarətdir.
“ABŞ prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də bunun icrasına dünən (oktyabrın 6-da-red.) başlanılıb”, - deyə o oktyabrın 7-də bildirib.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…











