“Uber” və “Bolt” Azərbaycanda qiymət artımı iddialarına aydınlıq gətirdi

Azərbaycanda bəzi taksi şirkətlərinin minimal gedişhaqqını artırdığı iddia olunur. Bu barədə sərnişinlər sosial şəbəkə platformalarında məlumat paylaşıblar. Onların sözlərinə görə, “Uber”də minimal gediş haqqı 4 AZN, “Bolt”da isə 3,50 AZN təşkil edir.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı “Uber”in mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tariflərdə heç bir dəyişiklik edilməyib:
“Tariflərin özləri, yəni ümumi gedişhaqqını formalaşdıran məbləğlər dəyişməyib. Lakin qiymət yalnız seçilən tarifdən deyil, həm də bir sıra digər amillərdən asılıdır. Buraya səfərin vaxtı və məsafəsi, xəttə çıxan sürücülərin sayı və tələbat kimi faktorlar daxildir”.
“Bolt”un Azərbaycandakı xidmət rəhbəri Naim Əzizov açıqlamasında qiymət siyasətində və minimal gedişhaqqı məbləğində dəyişiklik olmadığını deyib. O, taksi xidmətlərinin dinamik qiymət prinsipi ilə işlədiyini vurğulayıb:
“Tələb və təklif arasında balanssızlıq yarandıqda ride-hailing xidmətlərinin alqoritmləri pik əmsallardan istifadə edərək qiymətləri tənzimləyir. Yəni sifarişlərin sayı sürətlə artıb sürücülərin sayını üstələyirsə, gedişin yekun dəyəri də yüksələ bilər. Balans bərpa olunduqda qiymət avtomatik azalır”.
N.Əzizov əlavə edib ki, gedişin dəyəri bir neçə amil əsasında müəyyən edilir:
“Bura baza tarifi (avtomobilin qəbul məntəqəsinə gəlməsi üçün ödəniş), səyahət vaxtı, məsafə, eləcə də dinamik əmsallar daxildir. Qiymətə tələb və təklif arasındakı balanssızlıq da təsir göstərə bilər. Sürücü səyahətin təxmini qiymətini görə bilir, lakin yekun məbləğ fərqli ola bilər. Bu, pis hava, yol işləri, tıxac və digər səbəblərdən marşrutun uzanması ilə bağlı ola bilər. Digər hallarda isə sərnişin marşrutu dəyişə və ya təyinat yerini səfər zamanı yeniləyə bilər. Ümumilikdə qiymət belə düsturla müəyyən edilir: (baza dəyəri + məsafəyə görə xərc + vaxta görə xərc) X faktor”.
Şirkət nümayəndəsi sonda bildirib ki, “Bolt” daim müştərilərin məmnuniyyətini təmin etməyə çalışır:
“Xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün sürücülərə hansısa insidenti proqram vasitəsilə qeyd edib müştəri dəstəyimizə müraciət etmələrini tövsiyə edirik”.
Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz - İlham Əliyev
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO
D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır - Hikmət Hacıyev
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür










