Üç gün sonra ilk çərşənbəni qeyd edəcəyik

Son günlər müşayiət edilən mülayim havanı hiss edən hər kəs baharın gəlişini gözləməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, artıq gələn həftə Novruzun ilk çərşənbəsini qeyd edəcəyik. Bu il Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Beləliklə, sadəcə üç gün sonra ilk çərşənbədir və bununla da Novruz mərasimlərinə start veriləcək.
Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır.
Qeyd edək ki, Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi 10-da, Torpaq (İlaxır) çərşənbə isə 17-nə təsadüf edir. Novruz bayramı günləri 20–24 mart tarixlərini əhatə edəcək.
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












