Ucarda polislər ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan ədəbiyyatı tarixinə böyük töhfələr vermiş, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyasına Ucar RPŞ-nin şəxsi heyəti də həvəslə qatılıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ucar Rayon Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Paşayev və şöbənin bütün şəxsi heyəti fəal iştirak edib.
Bayraq Meydanının ərazisində polis əməkdaşları tərəfindən 300 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib. Aksiya çərçivəsində isə 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib.
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.
Gültən
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











