“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA

Bakının Nərimanov rayonunda “Ulduz” metro stansiyası ətrafında yol infrastrukturu yenilənir. Ərazidə avtomobil yollarının təkmilləşdirilməsi ilə yanaşı, piyada hərəkətinin də nəzərə alınmasının vacib olduğu bildirilir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, “Ulduz” metro stansiyası qarşısından keçən Rövşən Əliyev küçəsində asfalt örtüyünün yenilənməsinin birinci mərhələsi başa çatıb. İşlər Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” istiqamətində inşa olunan yeni avtomobil yolu layihəsi çərçivəsində davam etdirilir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, ərazidə yol infrastrukturu yenilənərkən piyada əlaqələrinin də paralel şəkildə həll olunması vacibdir.
Ekspertin sözlərinə görə, “Ulduz” metro stansiyası ilə Heydər Əliyev prospektində yerləşən Milli Gəlirlər İdarəsi arasında qısa, təhlükəsiz və birbaşa piyada bağlantısının yaradılmasına ehtiyac var.
Rauf Ağamirzəyev bildirib ki, belə bir bağlantı “Ulduz” metrosundan Milli Gəlirlər İdarəsi istiqamətində piyada hərəkətini asanlaşdıra, həmçinin Heydər Əliyev prospektinin bu hissəsində metroya çıxış imkanlarını yaxşılaşdıra bilər.
Yeni avtomobil yolu layihələri həyata keçirilərkən ərazidə piyada hərəkətinin istiqamətləri əvvəlcədən nəzərə alınmalıdır. Əks halda, avtomobillər üçün yaradılan yeni yol bağlantıları piyadaların bir nöqtədən digərinə keçidini çətinləşdirə bilər.
“Nəqliyyat infrastrukturunun keyfiyyəti təkcə asfaltın vəziyyəti ilə deyil, insanların bir nöqtədən digərinə nə qədər rahat və təhlükəsiz çata bilməsi ilə ölçülür”, – deyə Rauf Ağamirzəyev vurğulayıb.
Ekspert hesab edir ki, “Ulduz” metrosu ətrafında yol yenilənməsi ilə yanaşı, piyada keçidləri, səkilər və digər əlaqələndirici elementlər də vahid layihə çərçivəsində nəzərdən keçirilməlidir.
Eltac Züflüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO













