Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA

Uşaqların sosial şəbəkələrdən istifadəsi və onların psixologiyasına təsiri son dövrlər müzakirə olunan məsələdir. Sosial şəbəkələr uşaqların məlumat əldə etməsinə və ünsiyyət qurmasına imkan yaradır, lakin bu platformalardan istifadə zamanı müxtəlif problemlər yarana bilər. Uşaqların sosial şəbəkələrdən istifadəsində valideynlərin üzərinə də müəyyən məsuliyyət düşür.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında 16 yaşına çatmayan şəxslərin sosial şəbəkədən istifadə etməsi qanunvericiliklə qadağandır və qadağalar gələn ildən qüvvəyə minəcək:

"Gələn ildən ölkədə şəxsiyyət eyniləşdirilməsi baş verəcək. Sosial şəbəkələrə daxil olan, qeydiyyata düşən şəxs mütləq qaydada ölkə ərazisində qüvvədə olan şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş olacaq. Bunun nəticəsində onun sosial şəbəkədəki qeydiyyatı təsdiqlənmiş olacaqdır. Yetkinlik yaşına çatmayan şəxslər isə, yəni 16 yaşından aşağı olan şəxslərin qeydiyyatına icazə verilməyəcəkdir. Sosial şəbəkə platformalarına qarşı dövlət tərəfindən məhdudlaşdırmalar tətbiq oluna bilər və eləcə də İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada cərimələr tətbiq olunacaq. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavələrin nəticəsində qanuni rejim alır. Sosial şəbəkə platformalarına tətbiq olunan cərimə məbləğləri kifayət qədər böyükdür. Əgər sosial şəbəkə platformaları öz pozuntularını davam edərsə, artıq dövlət həmin sosial şəbəkənin ərazidə istifadəsini tam məhdudlaşdıra da bilər. Bir sıra sosial şəbəkə platformalarında yaş məhdudiyyəti 16-dan aşağıdır, amma bizim dövlətin qanununa görə bu 16 yaş götürüləcək. Uşaqlarının sosial şəbəkə platformalarında istifadəsinə göz yuman valideynlər də İnzibati Xətalar Məcəlləsinə uyğun şəkildə cərimə olunacaqlar".
Psixoloq Vüsalə Əmiraslanovanın fikrincə, sosial şəbəkə problemi artıq hər kəsi narahat edir:
.jpeg)
"Kiçik yaşlı uşaqların sosial şəbəkələrdən, internetdən istifadə etməsi onların gələcəkdə sosial şəbəkədən asılı olmağına gətirib çıxarır. Valideynlər çalışırlar ki, uşaqları sosial şəbəkələrlə tanış etməsinlər. On beş yaşa qədər olan uşaqlarda iradə problemi, aludəçiliyə tez meyilli olduqlarını nəzərə alaraq qadağaların qoyulması yaxşıdır. Amma uşaqların təhsili, olduqları mühitlə, təlimlə əlaqəli olur ki, onlara internetə, sosial şəbəkəyə ehtiyacları olur. Bu isə valideynin nəzarəti ilə olsa, daha gözəl olar. Bunun üçün ən rahat yol xüsusi proqramların hazırlanmasıdır ki, 15 yaşa qədər olan uşaqlar ümumiyyətlə ora girə bilməsin. Amma uşaqlara sərbəst seçim verəndə, onlar bəzən valideynlərini aldadır və sosial şəbəkədən istifadə edirlər. Bunun üçün qadağaların Azərbaycanda da tətbiq olunması gözlənilir".
Züleyxa
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












