Uşaqlarda suçiçəyi sürətlə yayılır - Valideynlər nəyə diqqət etməlidir? - İnfeksionist AÇIQLADI

Son dövrlərdə uşaqlar arasında suçiçəyi xəstəliyinin artması cəmiyyətdə, xüsusilə valideynlər və təhsil müəssisələri arasında ciddi narahatlıq yaradıb. Yoluxuculuq səviyyəsinin yüksək olması səbəbindən xəstəlik qısa zaman ərzində bağça və məktəb kollektivlərində sürətlə yayılır, bu isə həm uşaqların sağlamlığı, həm də tədris prosesinin gedişinə təsirsiz ötüşmür. Bu vəziyyət valideynləri övladlarının sağlamlığı ilə bağlı daha diqqətli olmağa vadar edir, eyni zamanda təhsil müəssisələrində profilaktik tədbirlərin gücləndirilməsi zərurətini gündəmə gətirir. Xəstəliyin ilkin əlamətlərinin vaxtında tanınmaması və ya uşaqların tam sağalmadan kollektivə qaytarılması yoluxma riskini daha da artırır. Nəticədə suçiçəyi təkcə fərdi sağlamlıq problemi deyil, kütləvi xarakter alan ictimai məsələ kimi qiymətləndirilir.

Bununla bağlı həkim infeksionist Mərdan Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, suçiçəyi xəstəliyinə bu aralar bizdə çox rast gəlinir:
“Xəstəlik yayılıb və virus infeksiyasıdır. Viruslar tərəfindən törədilən bir xəstəlikdir və səpkilərlə özünü göstərir, qızdırma ilə müşahidə olunur. Daha çox uşaqlarda rast gəlinən bir xəstəlikdir. Uşaq yaş qruplarında, xüsusilə 5–15 yaş arasında daha çox müşahidə olunur. Bundan sonra isə daha az rast gəlinir. Yetkin şəxslərdə, daha yaşlı insanlarda isə bu xəstəliyə nadir hallarda rast gəlinir. Çünki bu xəstəlik çox yoluxucu olduğuna görə, adətən insanlar uşaq yaşlarında demək olar ki, hamısı bu xəstəliyə yoluxur, sağalır və bundan sonra ömürlük immunitet formalaşır. Yəni ya peyvənd olunmaqla, ya da bu xəstəliyə yoluxmaqla daimi immunitet əldə olunur və bundan sonra artıq bu xəstəliyə yoluxmuruq. Ona görə də yetkin şəxslərdə bu xəstəliyə az rast gəlinir. Xəstəliyin yayılması əsasən hava-damcı yolu ilə baş verir. Yəni qrip və bizə məlum olan digər oxşar xəstəliklər kimi hava yolu ilə yoluxur və çox yüksək yoluxuculuq göstəricisinə malikdir. Əgər şəxs xəstə ilə təmasda olubsa və peyvənd olunmayıbsa, bu xəstəliyi keçirməyibsə, demək olar ki, yoluxmamaq ehtimalı çox azdır. Yoluxma xəstə şəxslərin tənəffüs yollarından çıxan havada asılı qalan damlacıqlar və mikrodamlacıqlar vasitəsilə baş verir. Bu mikrodamlaların içində minlərlə suçiçəyi virusu olur və sağlam şəxsin tənəffüs yollarına daxil olduqda xəstəlik meydana çıxır”.
Həkim deyib ki, ev şəraitində düzgün müalicə olunmaq lazımdır:
“Ev şəraitində, əgər yüksək qızdırma olarsa, qızdırmasalıcı dərmanlardan istifadə edilməlidir. Xəstə ev şəraitində qalmalı, soyuqlamadan qorunmalı, istirahət rejiminə əməl etməli, pəhriz saxlamalı və bol maye qəbul etməlidir. Adətən səpkilər tamamilə quruyub sağaldıqdan sonra uşaq yoluxdurucu olmur. Yeni səpkilər çıxmırsa və mövcud səpkilər tam quruyub sağalıbsa, yoluxduruculuq aradan qalxır. Xəstəlik təxminən 10 gün, bəzi hallarda isə 2 həftə davam edə bilər”.
Nurcan Babək
Taksi sürücülərinə şad xəbər: Qiymətlər artırıldı – RƏSMİ AÇIQLAMA
Müəllim güllələnəndən sonra məktəblərin mühafizəsi gücləndirildi - Yeni detektorlar quraşdırılır
Saleh Məmmədovun işdən çıxarılmasında Rusiya amili – Bu şəxslər də vəzifədən gedəcək
Ceyhun Bayramovla Hakan Fidan telefonda nələri müzakirə edə bilər? - POLİTOLOQ
Sonsuz tıxac, tarıma çəkilən əsəblər və rəhbəri yeni dəyişilən qurum: Xəbərdarlıqsız təmirə görə kimə "təşəkkür edək"?
Bakı-Sumqayıt yolunda təmir işlərinin bitəcəyi vaxt açıqlandı
Piyada keçidi, yoxsa ölüm zolağı? - VİDEO
Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO
Tıxaclara son? - Metroya dəstək, avtomobilə alternativ: Bakıya tramvay qayıdır
“İdrak”ın rəhbəri o SİRRİ AÇDI: “Hadisədən sonra xarici ölkədən zəng gəlib”
COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? - Səhiyyə Nazirliyindən cavab - VİDEO











