Üzərinə “Üzr istəyirəm mən öküzəm” yazdığı “BMW” ilə qəza törətdi - VİDEO

Türkiyədə sevgilisindən üzr istəmək üçün bəzədiyi avtomobillə qəza törədən gənc yaralanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Bursanın Biləcik rayonunda baş verib.
Məlumata görə, Hakan Ü.(22), 16 LFP 48 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilinin kapotunu çiçəklə bəzəyərək “Üzr istəyirəm mən öküzəm”, “Səni çox sevirəm Sibel” yazaraq sevgilisindən onu bağışlamasını istəyib. Dostları ilə qızın qaldığı tələbə yataqxanasının qarşısına gələn Hakan ondan üzr istəyir. Sonra geri dönən zaman Hakan idarə etdiyi avtomobili iki küçənin kəsişməsində yerləşən işıq dirəyinə çırpır.
Qəzanın şiddətindən avtomobilin ön hissəsi deformasiyaya uğrayıb.
Xəsarət alan gənc “təcili tibbi yardım” maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin yaxşı olduğu bildirilib.
Namiq Musayev


Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?












