Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA

Təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin qorunması, maddi imkanlardan irəli gələn fərqlərin ön plana çıxmaması və bütün şagirdlərin eyni təhsil mühitində özlərini bərabər hiss etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, Məktəbli forması şagirdlərin geyim seçimi ilə bağlı fərqləri müəyyən qədər aradan qaldırır. Bununla yanaşı, onların diqqətinin xarici görünüşdən daha çox təhsilə, dərslərə və şəxsi inkişafa yönəlməsinə də şərait yarada bilər.
Digər tərəfdən, vahid geyim formasının tətbiqi məktəbdə nizam-intizamın qorunması, təhsil müəssisəsinin daxili qaydalarına əməl olunması və məktəb mühitində ümumi davranış mədəniyyətinin formalaşması baxımından da müzakirə edilir. Bununla belə, sosial bərabərliyin təmin olunması yalnız geyim formasından asılı deyil. Şagirdlər arasında qarşılıqlı hörmətin gücləndirilməsi, ayrı-seçkiliyə yol verilməməsi və hər bir uşağa bərabər münasibətin göstərilməsi də bu prosesin vacib hissəsidir.
Bəs vahid məktəbli geyim formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin qorunmasına nə dərəcədə kömək edir və bu qaydanın məktəb mühitinə təsiri nədən ibarətdir?
Mövzu ilə bağlı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tahirə Həsənzadə Avtosfer.az-a açıqlamasında bildirib ki, vahid məktəbli forması həm şagirdlərə, həm də məktəblərə çox yaraşır:
“Çalışdığım tarixi binada, Əlyazmalar İnstitutunda H.Z. Tağıyevin açdığı Qızlar məktəbi təsis olunmuşdur. Məktəbdə vahid forma tətbiq olunmuşdur. Bundan ibrət götürməliyik”.
Eltac
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI












