Vaqif Əsədovun qardaşı oğlu Avropada fərqləndi - FOTO - VİDEO

Fransada Avropa Şurasının 70 illiyi münasibətilə təntənəli mərasim keçirilir. Report-un Fransa bürosu xəbər verir ki, Strasburq Opera Evində baş tutan tədbirdə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye, Fransa prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edirlər.
Mərasimdə “Gələcəyin avropalısını necə təsəvvür edirəm“ inşa müsabiqəsinin iştirakçıları da mükafatlandırılıb. Onların arasında azərbaycanlı yeniyetmə Vahid Əsəd də var. O, inşa müsabiqəsinin qalibi seçilib.
V.Əsədə mükafatı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos-Alexandr Sisilyano (Linos-Alexandre Sicilianos) təqdim edib.
Qeyd edək ki, Vahid Əsəd Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun qardaşı oğludur.
Biz də Avtosfer.az komandası olaraq Vaqif müəllimi təbrik edir, Vahid Əsədə yeni uğurlar arzulayırıq.
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO

























