Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF

Velosiped zolaqları ilə avtobus dayanacaqlarının kəsişdiyi hissələrdə təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib. Mütəxəssislər hesab edirlər ki, bu cür məkanlarda düzgün layihələndirmə aparılmadıqda piyadalar və mikromobillik istifadəçiləri üçün qəza riski artır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı "Bakı Gündəliyi" səhifəsində paylaşım edilib.
Paylaşımda bildirilir ki, avtobus dayanacaqda sərnişinləri mindirib-endirərkən bəzi velosiped və elektrikli skuter sürücüləri hərəkəti dayandırmadan davam etdirirlər. Bu isə avtobusdan enən və ya minən sərnişinlərlə toqquşma ehtimalını artırır və ciddi təhlükəsizlik riski yaradır.
Dünyanın müxtəlif şəhərlərində bu problemin qarşısını almaq üçün fərqli şəhərsalma həlləri tətbiq edilir. Bunlara velosiped zolağının dayanacaq platformasının arxa hissəsindən keçirilməsi, piyadalar üçün ayrıca keçid sahələrinin yaradılması, sürətin məhdudlaşdırılması və xüsusi xəbərdaredici nişanlanmalar daxildir.
Paylaşımda vurğulanır ki, son şəkillərdə bu problemin həlli üçün istifadə olunan müxtəlif layihələndirmə nümunələri təqdim edilib. Məqsəd həm ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin, həm də velosiped və skuter sürücülərinin təhlükəsizliyini təmin etməkdir.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












