Vətəndaşları aldadaraq 50 min manat mənimsəyən şəxs saxlanılıb

Vətəndaşları Avropa ölkələrində yüksək məvacibli işlərə düzəldəcəyi ilə aldadıb onların 50 min manata yaxın pulunu mənimsəyən dələduz saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi rayonunda insanların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onları işə düzəltmək adı altında aldadan və xeyli miqdarda maddi vəsaitlərini ələ keçirən şəxs tutulub.
Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Məmmədov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, V.Məmmədov bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində ofis açaraq müxtəlif vasitələr, o cümlədən sosial şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməyə başlayıb. O, iş üçün ona müraciət edən şəxsləri Almaniya, Çexiya, Polşa respublikalarında yerləşən şokolad fabrikləri, Norveç Krallığında balıq fabriki, Estoniya Respublikasında yerləşən avtomobil zavodunda işlə təmin edəcəyinə söz verərək onları dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edə edən 15 nəfər zərərçəkəni bu üsulla aldadan V.Məmmədov ümumilikdə onların 50 min manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.
Qeyd olunan faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 ( dələduzluq, təkrar törədildikdə) 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Namiq
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












