Vətəndaşları aldadıb pul alan “general” həbs edildi - FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb. Avtosfer.az-ın DİN-də istinadən məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərəkinsanları buna inandırıb.Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb.Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976manat,T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu olaraq ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.
F.ƏləkbərovunNəsimi rayonunda yerləşən ofisinə baxışzamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.
Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma)maddələri ilə cinayət işi başlanılıb.
Hazırda F.Ələkbərovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarziə İdarəsinə müraciət edə bilərlər.
Emin
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO




















