Vətəndaşların 40 min manatını mənimsəyən qadın saxlanılıb - Qubada

Qubada 40 min manatdan çox dələduzluq edən qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən rayon sakini, 49 yaşlı İradə Xuraminacat tutulub.
İlkin dindirmə zamanı saxlanılan qadın törətdiyi cinayət əməllərini etiraf edib.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində vətəndaşların etibarından istifadə edərək, onlara torpaq sahələri satacağını, yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, zərərçəkənlərə xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də rayon ərazisində balıq məhsullarının satış mərkəzinin təşkil edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 40 min manatdan çox pulunu dələduzluq yolu ilə mənimsədiyi müəyyən edilib.
Qeyd edək ki, İradə Xuraminacat törətdiyi cinayət əməllərinin məsuliyyətindən yayınmaq məqsədi ilə bir müddət Bakı şəhərində yaşamış və ətrafdakılara özünü dindar bir şəxs kimi təqdim edərək, üzünün tanınmaması üçün dini geyimlərdən, həmçinin hicabdan istifadə etmişdir. Polis tərəfindən saxlanılan zamanda onun əynində dini geyim və hicab olub.
Polis əməkdaşları İradə Xuraminacatın digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər bu qadının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Namiq
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










