Vilayət Eyvazov Avstriya nazirini qəbul edib - FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, geniş potensiala malik ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini xatırladan Daxili İşlər naziri onlara ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla mübarizə, sabitliyin bərpası, kriminogen durumun nəzarətə götürülməsi, ictimai qaydanın qorunması, həmçinin, DİN-in əsas hüquq və vəzifələri, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmini barədə məlumat verib.
Azərbaycan-Avstriya münasibətləri barədə danışan nazir V.Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini qeyd edib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in ölkəmizin analoji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu diqqətə çatdıran cənab V.Eyvazov polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi vurğulayıb.
A.Rayxhardt səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edərək, ölkəmizin sürətli inkişafından, Bakının dünyanın ən gözəl və ən təhlükəsiz şəhərlərindən biri olmasından, burada özünü çox rahat və təhlükəsiz hiss etməsindən məmnunluğunu ifadə edib. O, bütün sahələrdə, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqi, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini nəzərə çatdıraraq ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz töhfələrini verəcəyini bildirib.
Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub. Qəbulda Avstriya və Azərbaycanın fövqəladə və səlahiyyətli səfirləri - Bernd Bayerl və Qalib İsrafilov qəbulda iştirak ediblər.
Namiq
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












