Vilayət Eyvazov “N” saylı hərbi hissədə olub - FOTO

Daxili İşlər naziri (DİN), general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyətin və hərbi texnikanın baxışa hazır olması barədə raport verib.
Nazir şərəf manqası ilə salamlaşdıqdan sonra şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə yaxından tanış olub, xidməti istifadədə olan texnikaya baxıb, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə maraqlanıb.
Sonra hərbi hissənin sıra meydanında hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən nazir V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçımızın ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
O, eyni zamanda bildirib ki, torpaqların 20 faizi işğal altında olduğuna görə hazırda ölkə müharibə şəraitindədir: "Ona görə də Daxili Qoşunların şəxsi heyəti öz üzərlərinə düşən xidməti vəzifələri ilə bərabər həm də torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün hər an hazır olmalı, döyüş hazırlığı səviyyələrini daim yüksək saxlamalıdırlar".
Tədbirin sonunda general-polkovnik V.Eyvazov hərbi hissənin əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edib.
Namiq Musayev
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA












