Vilayət Eyvazov vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində müraciət edən şəxslərin qəbulunu keçirir.
Belə ki, noyabrın 9-da - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü general-polkovnik V.Eyvazov Daxili İşlər Nazirliyində növbəti vətəndaş qəbulunu keçirərək müraciət etmiş 23 paytaxt sakini ilə görüşüb.
Nazir daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdəki fəaliyyəti ilə bağlı onların üzləşdikləri problemləri dinləyib, qaldırdıqları məsələlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Qeyd edək ki, cari ilin son 3 ayı ərzində nazir Vilayət Eyvazov qəbul üçün müraciət edən 90 nəfər Bakı şəhər sakinini Daxili İşlər Nazirliyində qəbul edərək onları şəxsən dinləyib və problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Hər belə qəbuldan sonra vətəndaşlar yerlərdə dövlət məmurlarının onlarla görüşməsi, müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










