Vüsal Hüseynovun bahalı xidməti avtomobil alması barədə məlumatlara MÜNASİBƏT

Dövlət Miqrasiya Xidməti (DMX) Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynova 166 min manatlıq xidməti avtomobil alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə DMX-nin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli "Report"un sorğusuna cavab olaraq bildirib ki, xidmət rəisi Vüsal Hüseynovun bahalı avtomobil alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Dövlət Miqrasiya Xidmətinin rəisinin xidməti avtomobilinin istismar müddəti 13 il əvvəl bitib. Amma buna baxmayaraq, hələ ki, yeni avtomobil alınmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə DMX rəisi Vüsal Hüseynovun iyunun 28-də 166 min 356 manat 40 qəpik məbləğində “BMW“ markalı xidməti avtomobil alması ilə bağlı məlumatlar yayılıb.
Eyni zamanda, iyunun 28-də dövlətin rəsmi mətbuat orqanı olan “Respublika” qəzetində Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun minik avtomobilinin satınalınması üzrə iyunun 7-də keçirilən tenderin nəticəsi dərc olunub. Elanda qeyd olunub ki, açıq tenderin nəticələrinə əsasən, “İMPROTEX MOTORS” MMC-nin qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri bağlanılıb.
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ











