Xaçmazda itləri zəhərləyib öldürdülər - FOTO

Xaçmaz rayonunda yerləşən “We want to live too” (Biz də yaşamaq istəyirik) adlı sığıncaqda itlər kütləvi şəkildə tələf olub. Bunu oxu.az-a açıqlamasında sözügedən sığınacağın sahibi Nailə Rüstəmli deyib. Onun sözlərinə görə, sığınacaqda 15 it zəhərlənib: “Onlardan 11-i ölüb, dördü müalicə olunur. İtlərdən götürülən nümunələr zamanı məlum olub ki, onlar zəhərlənib”.
Sığınacaq rəhbəri deyir ki, hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə məlumat verib: “Xaçmaz rayon Polis Şöbəsindən əməkdaşlar gəlib izahat aldılar”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, dünən günün ikinci yarsında müraciətlə bağlı şikayətçinin izahatı alınıb: “İtlərin ölümü faktı üzərində araşdırma aparılır. Aparılan araşdırmanın sonunda itlərin kim və ya kimlərsə tərəfindən qəsdən öldürüldüyü aşkar edilərsə, həmin şəxs və ya şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək”.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












