Xaçmazda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub - TƏFƏRRÜAT

Xaçmaz rayonunda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə ötən gün saat 11:30 radələrində rayonun Qımılqışlaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Səfər Qurbanov əvvəllər Gülyanə Qədirova ilə evli olub, 2017-ci ildə boşanıb, sonra ikinci dəfə ailə qurub.
S.Qurbanov son vaxtlar keçmiş arvadının başqa şəxslə evlənmək istədiyi barədə şayiələr eşidib və o, məsələyə aydınlıq gətirmək məqsədi ilə keçmiş qayınatası Əlihüseyn Qədirovun yaşadığı evə gedib. S.Qurbanov Ə.Qədirovu çölə çağırıb, darvazanın qarşısında keçmiş həyat yoldaşı barədə eşitdiklərini ondan soruşub. Daha sonra hər iki şəxs arasında mübahisə yaranıb və S.Qurbanov özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına 7 zərbə endirərək onu qətlə yetirib.
S.Qurbanov hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub, əməlini etiraf edib və cinayət aləti olan bıçağı təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












