Xaçmazda tapılan kimsəsiz qadının yaxınları axtarılır - FOTO

Xaçmazda tapılan kimsəsiz qadının yaxınları axtarılır. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir qadını görərək dərhal ona yaxınlaşıblar. Onun üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hazırda həmin qadının yaxınları axtarılır. Tapılan qadının əlamətləri belədir: Boyu 170 sm., arıq bədən quruluşlu, qısa ağ saçlı, gözlərinin rəngi qəhvəyidir. Tapılan zaman onun əynində uzunqol köynək və cins şalvar olub. Şəkildəki qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 02332-5-53-56; 051-843-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












