Xaçmazda yuxarı sinif şagirdləri ilə görüş keçirilib

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhid Eynulla Çobanov adına Gödəkli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov əsrin bəlası olan narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyini qeyd edərək, bu maddələrdən istifadə edən şəxslərin isə çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirdiyini deyib. Polis rəisi bildirib ki, bu maddələrin aludəçisi olan şəxslər fiziki və psixoloji cəhətdən məhv olur, onların yaddaş və təfəkkürü problemlər yaranır, eləcə də həyatda baş verən proseslərə qarşı laqeydlik göstərirlər. Bundan əlavə narkotik maddələr insan orqanizminin zəifləməsinə, fiziki gücün düşməsinə, həmçinin daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır. Buna görə də narkotiklərin qarşısının alınmasında hər bir vətəndaş fəal olmalı, bu maddələrin yayılmasına qarşı birgə mübarizə aparmalıdır.
Tədbirdə həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda məktəbin pedaqoji heyəti keçirilən maarifləndirici tədbirə görə təşkilatçılara öz minnətdarlığını bildiriblər.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...














