Xamenei döyüş hazırlığının gücləndirilməsi TAPŞIRDI

İranın Ali rəhbəri Müctəba Xamenei İslam Respublikasının döyüş hazırlığının gücləndirilməsi barədə göstəriş verib.
Avtosfer.az xəbər verir ki, bu məlumatı İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandanı Əli Abdullahiyə istinadən "Mehr" Xəbər Agentliyi yayıb.
"Rəhbər düşmənin yanlış hesablamasına qarşı mübarizə aparmaq üçün yeni göstəriş verib", - Ə. Abdullahi bildirib.
Onun sözlərinə görə, M. Xamenei ilə görüşdə silahlı qüvvələrin hazırlığı barədə hərtərəfli hesabat təqdim edilib.
Görüş zamanı Xamenei ölkənin silahlı qüvvələrini tərifləyib və ABŞ ilə İsrailin ölkəyə qarşı 40 günlük müharibəsindən sonra fəaliyyətləri davam etdirmək və düşmənlərlə qətiyyətlə mübarizə aparmaq üçün yeni göstərişlər verib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub ( "Report").
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












