Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq etdi: "Ordumuzun səbri sonsuz deyil"

"İran Livanda eskalasiyanın daha da artmasına yol verməyəcək". Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezai "X" sosial şəbəkəsində yazıb. "Hörmüz boğazı İranın nəzarəti altındadır. Biz ABŞ tərəfindən dəniz blokadasının davam etdirilməsinə imkan verməyəcəyik və Livanda eskalasiyanın daha da artmasına dözməyəcəyik. İran İslam Respublikası Silahlı Qüvvələrinin səbri sonsuz deyil", - deyə o vurğulayıb. Daha əvvəl İranın "Tasnim" agentliyi məlumat yaymışdı ki, İsrailin Livan ərazisinə endirdiyi zərbələr səbəbindən İran danışıqlar prosesi çərçivəsində ABŞ ilə mesaj mübadiləsini dayandırır. Məlumata görə, Tehran İsrail qoşunları Livan ərazisindən tamamilə çıxarılmayana və zərbələr dayandırılmayana qədər Vaşinqtonla danışıqları bərpa etməyəcək.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












