"Xaricdən gətirilən işlənmiş hibrid maşınları sahiblərinə problem yaradacaq" - Elməddin Muradlı

“Bu gün Azərbaycanda hibrid maşınlara maraq var. Amma, rüsumlar çox olduğuna görə, insanlar həmin avtomobillərin köhnə, işlənmiş modellərini ölkəyə gətirirlər. Düşünürəm ki, bu bizə gələcəkdə acı nəticələr göstərəcək”.
Avtosfer.az News24.az istinadən xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü il Dövlət Proqramı"nın müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə çıxış edərkən deyib. E.Muradlı həmçinin xaricdən gətirilən işlənmiş hibrid maşınların gələcəkdə sahiblərinə problemlər yaşada biləcəyini də vurğulayıb: “Misal üçün 2-3 ildən sonra bu avtomobillərin müxtəlif problemləri ortaya çıxacaq. Detalları tapa bilməyəcəklər və s. Bu da insanlar arasında hibrid maşınlara antipatiya yaradacaq. Azərbaycan vətəndaşı digər ölkələrin vətəndaşından üstündür. Təzə avtomobil təhlükəsizlik cəhətdən üstünlük deməkdir. Azərbaycanda yol nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artması sırf istismar müddəti ilə bağlıdır”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












