Xarici yük maşınlarına güzəştin müddəti bitir: Gələn ildən yol vergisi tutulacaq?

Xarici dövlətlərə məxsus müəyyən yük avtomobilləri, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün tətbiq olunan yol vergisindən azadolmanın müddəti gələn ildən başa çatır.
Avtosfer.az xəbər verir ki, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2025-ci il yanvarın 1-dən 2 il müddətinə yol vergisindən azad edilib.
Güzəşt dəmir yolu ilə daşınan yüklərin Azərbaycanda müəyyən edilmiş son dəmir yolu stansiyasında xarici yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındığı hallara şamil olunur.
Bundan başqa, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklərin digər dövlətin ərazisindən Azərbaycandakı müəyyən edilmiş ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşınması da yol vergisindən azaddır.
Beləliklə, 2025-ci il yanvarın 1-dən başlayan 2 illik müddət 2026-cı ilin sonunda başa çatır. Bu səbəbdən güzəştin müddəti uzadılmadığı və ya başqa qayda müəyyən edilmədiyi halda, 2027-ci il yanvarın 1-dən qeyd olunan hallarda yol vergisindən azadolma tətbiq olunmayacaq.
Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib.\\operativmedia
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib












