"Xətai"də eskalatorun dayanmasının səbəbinə aydınlıq gətirildi

Bu gün səhər saatlarında Bakı Metropoliteninin bir neçə gün öncə açılışı olan "Xətai" stansiyasında eskalatorların hərəkətində problem yaranıb. Bununla bağlı sosial şəbəkələrdə də məlumat paylaşılıb. Paylaşımda iddia edilir ki, yenicə istifadəyə verilmiş eskalatorlar xarabdır və istifadəyə yararsızdır.
Məsələyə aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Avtosfer.az xəbər verir ki, B.Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında eskalatorun fəaliyyətində heç bir problemin olmadığını, dayanmaya başqa bir amilin səbəb olduğunu deyib: "Eskalatorun dayanması onun xarab olması mənasına gəlməməlidir. Bu videonu çəkən şəxs eskalatoru çıxdıqdan sonra yuxarıda dayanaraq müşahidə aparardı və görərdi ki, o, işləyir, ya yox. Eskalator bir neçə halda dayandırılır. Hansısa hadisə baş verdikdə metropoliten işçisi eskalatorun hərəkətini dayandırır. Yaxud da eskalatorun üzərində hansısa kənar əşya qaldıqda da “stop” düyməsi basılır. Bəzən görürsən ki, eskalatorun təhlükəsizlik fırçasına həddindən artıq ayaq sürtürlər, bu zaman yeni sensorlu eskalatorlar buna reaksiya verir. Belə səbəblər çoxdur. Amma bütün bu səbəblər eskalatorun xarab olması demək deyil. Xarab olmaq odur ki, eskalator dayanır və onu sökərək təmir edirlər".
"Maraqlıdır ki, camaat nə üçün bu qədər sensasiya yaratmağa maraqlıdır", - deyə o, əlavə edib.
Bəxtiyar Məmmədov bu gün səhər saatlarında eskalatorun fəaliyyətinin dayandırılmasının səbəbindən də danışıb: "Bu gün səhər saatlarında adıçəkilən stansiyada eskalatorların birindən plastik maddə qırıntısının səsi gəlib, sensorlu, avtomatlaşdırlımış eskalator da buna reaksiya verib. Bu səbəbdən də eskalatoru dayandırıb, kənar əşyanı götürüblər. Problemin olmadığını müəyyənləşdirərək eskalatoru yenidən işə salıblar. Hazırda stansiyadakı 4 eskalator işlək vəziyyətdədir".
"Bizə zəng edib deyirlər ki, sizin işçilər eskalatora çox baxırlar. Texniki normativlərin qorunması üçün eskalatorlara baxılmalıdır. Gün ərzində bir neçə dəfə eskalatorlara baxış keçirilir", - deyə B.Məmmədov əlavə edib.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










