"Xətai"dən sonra növbəti stansiya "Nizami" olacaq

Növbəti ayda metronun "Xətai" stansiyasında aparılan təmir işləri yekunlaşacaq. Avtosfer.az xəbər verir ki, bu sözləri "Bakı Metropliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sputnik-ə açıqlamasında deyib.
Lakin onun sözlərinə görə, hələlik stansiyanın dəqiq olaraq hansı tarixdə istifadəyə veriləcəyi bəlli deyil: "Hazırda stansiyada tikinti-quraşdırma ilə bağlı yekun işlər görülür, ekskalatorlarda sınaq və tənzimləmə işləri aparılır. Bu işlərin avqustda bitəcəyi gözlənilir".
Xatırladaq ki, Bakı metrosunun ən dərin stansiyası olan "Xətai"nin yenidənqurma işlərinə ötən ilin sentyabrın 27-də başlanılıb.
B.Məmmədov bildirib ki, növbəti yenilənmə işləri metronun "Nizami" stansiyasında aparılacaq. "Nizami"də isə sadəcə olaraq 3 ekskalator yenisi ilə əvəzlənəcək: "Lakin bu da həmin ekskalatorların istismar müddətinin başa çatacağı vaxtda, 2026-cı ildə baş tutacaq".
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











